“omrum.az” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 443-cü kilometrliyində qeydə alınıb.
“VAZ” markalı avtomobil körpünün bəndinə çırpılıb. Nəticədə maşın yanıb, sürücü, Qovlar şəhər sakini Rəvan Əlləzov ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev