
“omrum.az” xəbər verir ki, bu barədə “Apnews” məlumat yayıb.
Belə ki, 77 yaşlı monarx erkən diaqnozun həyatını xilas etdiyini, səhhətinin yaxşılaşdığını söyləyib. O bildirib ki, bu, həkimlərə onun müalicəsini müsbət istiqamətdə aparmağa imkan verib.
Çarlz insanları xərçəngin erkən mərhələlərində aşkar etməyə kömək edəcək skrininq proqramlarından yararlanmağa çağırıb. Bildirib ki, bu, öz növbəsində, zəruri hallarda uğurlu müalicə şansını artıracaq.