Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kreditə götürdüyü 5 min elə həmin gün oğurlandı
 
						Kreditə götürdüyü 5 min elə həmin gün oğurlandı
Əlavə olunub: 04.12.2025 | 13:49 | Baxılıb: 4158
Aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində oğurluq hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, vətəndaşın avtomobilindən 5000 manat oğurlanıb.

Zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.

Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici valyuta və bank kartları oğurlayan 60 yaşlı A.Talıbov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.