Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
 
						Küçədə döyülərək öldürülən məktəblinin 
							 - Fotosu
Əlavə olunub: 05.13.2025 | 15:48 | Baxılıb: 9943
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

“omrum.az"in məlumatına görə, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.

Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.