Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
 
						Küçədə xuliqanlıq etdi 
							 - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
Əlavə olunub: 03.01.2025 | 13:54 | Baxılıb: 6995
Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

H.Kazımov da ifadəsində 1000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov 4 sutkalıq həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.