Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.18.2025 | 04:52 | Baxılıb: 3314
Türkiyəli aktyor Berkay Tulumbacı ilə müğənni həyat yoldaşı Ezgi Gergin ötən gecə küçənin ortasında mübahisə edərkən görüntüləniblər.

“omrum.az” Türkiyə mediasına istinadən xəbər verir ki, birlikdə məkanı tərk edib evlərinə doğru hərəkət edən cütlük naməlum səbəbdən sözlü mübahisəyə başlayıb.

Mübahisə zamanı Ezgi Gerginin əri Tulumbacıya “səndən bezdim!” deyə qışqırdığı eşidilib.

Ancaq kameraların onları çəkdiyini görəndə məşhurlar dərhal mübahisəni dayandıraraq əl-ələ tutub gülümsəyərək poz veriblər.

Məsələ ilə bağlı açıqlama verən Berkay Tulumbacı bildirib ki, ər-arvad arasında belə şeylər ola bilər.

“Hazırda aramızda heç bir problem yoxdur. Sadəcə adi bir ailə mübahisəsi idi”, – deyə o əlavə edib.

Qeyd edək ki, Tulumbacı və müğənni Ezgi Gergin 2023-cü ildə evlənib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.