Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alındı
 
						Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alındı
Əlavə olunub: 06.16.2025 | 22:51 | Baxılıb: 4088
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən “omrum.az”ya bildirilib ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.