Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kürdəxanıda ər arvadını öldürüb intihar etdi
 
						Kürdəxanıda ər arvadını öldürüb intihar etdi
Əlavə olunub: 08.21.2025 | 16:48 | Baxılıb: 4347
Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə 1988-ci il təvəllüdlü arvadı Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.