Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kürün sahilində narkotik becərən saxlanıldı - Xüsusi tunel hazırlayıbmış...
 
						Kürün sahilində narkotik becərən saxlanıldı 
							 - Xüsusi tunel hazırlayıbmış...
Əlavə olunub: 08.11.2025 | 17:16 | Baxılıb: 2068
Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “omrum.az"verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə əraziyə keçirilən baxış keçirilib.

Baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.