Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kürütökmə moratoriumunu pozan daha bir şəxs saxlanıldı
 
						Kürütökmə moratoriumunu pozan daha bir şəxs saxlanıldı
Əlavə olunub: 05.27.2025 | 12:28 | Baxılıb: 563
Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma əməl etməyən şəxs tutulub.

“omrum.az” DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin keçirdiyi tədbirlərlə qanunsuz balıq ovu ilə məşğul olan R.Əsədov saxlanılıb. Ondan kustar üsulla hazırlanan və elektrik avadanlıqları quraşdırılan balıqovlama alətləri, eləcə də qanunsuz olaraq ovladığı 200-dən artıq müxtəlif növ balıq aşkarlanıb.

Bildirilib ki, qaydalara riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.