Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Laçında müğənni qətlə yetirildi, qardaşı saxlanıldı - Yenilənib
 
						Laçında müğənni qətlə yetirildi, qardaşı saxlanıldı 
							 - Yenilənib
Əlavə olunub: 08.12.2025 | 19:14 | Baxılıb: 9036
Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.

“omrum.az” xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. 

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 

Araşdırmalar aparılır.

***

Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.

S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir. Mübahisə elə əldə edilən bal məhsulu üstündə yaranıb.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.