Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 16:12 | Baxılıb: 4059
Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin onun son zamanlar ictimaiyyət qarşısında görünməməsi ilə bağlı sualına ironik cavab verib.

“omrum.az” “Kommersant”a istinadən xəbər verir ki, nəşrin jurnalisti Kremldə Macarıstan Baş naziri Viktor Orbanla Rusiya Prezidenti Vladimir Putinin görüşündən əvvəl Lavrova müvafiq sual ünvanlayıb.

O isə cavabında “Mən hələ də yoxam” deyə cavab verib. 

Qeyd edək ki, bir müdddət əvvəl “The Economic Times” və “The Independent” V.Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün baş tutmamasına görə Lavrovun “qara siyahı”ya düşdüyünü və bu səbəbdən ictimaiyyət arasında görünmədiyini iddia etmişdi. Kreml isə öz növbəsində bu iddiaları təkzib etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.