Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda 2 brokonyer tutuldu
 
						Lənkəranda 2 brokonyer tutuldu
Əlavə olunub: 04.23.2025 | 11:40 | Baxılıb: 1605
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “omrum.az”ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar.

Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.