Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda 41 yaşlı qadın öldürüldü, əri polisə təslim oldu
 
						Lənkəranda 41 yaşlı qadın öldürüldü, əri polisə təslim oldu
Əlavə olunub: 03.18.2025 | 23:11 | Baxılıb: 2683
Lənkəranda 41 yaşlı qadın  bıçaqlanıb.

“omrum.az” xəbər verir ki, hadisə bu gün Lənkəran şəhəri ərazisində baş verib.

Belə ki, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova çoxsaylı bıçaq yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq o, ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi  açılıb.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.