Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda antibiotik vurduran operator öldü
 
						Lənkəranda antibiotik vurduran operator öldü
Əlavə olunub: 04.12.2025 | 21:56 | Baxılıb: 4605
Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.

“omrum.az"in məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.

Belə ki, kənd sakini 1993-cü il təvəllüdlü İmran Məmmədovun hərarəti yüksək olub və vurulan antibiotikdən sonra halı pisləşib.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası İ.Məmmədovun həkiməqədər ölüm faktını qeydə alıb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.