Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 10:33 | Baxılıb: 1898
İspaniya La Liqasının 12-ci turunda “Barselona” səfərdə “Selta” üzərində 4:2 hesablı qələbə qazanıb.

“omrum.az” xəbər verir ki, kataloniyalıların heyətində Robert Levandovski het-trik edib, bir qolu isə Lamin Yamal vurub.

Meydan sahiblərinin qollarını isə Sersio Kareyra və Borxa İqlesias qeydə alıblar. Oyunun sonlarında “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra Hansi Flikin rəhbərlik etdiyi komanda 28 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib. Lider “Real”ın isə 31 xalı var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.