Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi
 
						Magistralda maşını sərxoş halda sürdü 
							 - 25 sutkalıq həbs edildi
Əlavə olunub: 06.02.2025 | 14:53 | Baxılıb: 1621
Ələt-Astara magistralında sərxoş halda avtomobil idarə edən və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə magistralın Masallı rayonundan keçən hissəsində - Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini 26 yaşlı Elnur Abbaszadənin idarə etdiyi “Chevrolet” markalı avtomobil yol polisi tərəfindən postda saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi, həmçinin sərxoş halda olduğu müəyyənləşib və nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Bu zaman sürücü E.Abbaszadə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərib.

Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Abbaszadə 25 sutka inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.