Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir qol vurdu, komandası böyük hesabla qalib gəldi - Yenilənib-Video
 
						Mahir qol vurdu, komandası böyük hesabla qalib gəldi 
							 - Yenilənib-Video
Əlavə olunub: 08.17.2025 | 19:52 | Baxılıb: 4969
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” Almaniya kubokunda mübarizəyə başlayır.

“omrum.az” xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi “Ayntraxt 1949”un qonağı olacaq.

Oyun Bakı vaxtı ilə 17:30-da başlayacaq. Artıq matçın heyətləri açıqlanıb. Mahir start heyətdə yer alıb.

Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə  Almaniya kubokunu qazanıb.

***

Mahir Emreli 15-ci dəqiqədə fərqlənib. Onun vurduğu qolla komandası 2:0 hesabı ilə irəli keçib. 

***

Oyun “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.

Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.