Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2025 | 15:03 | Baxılıb: 1959
Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün “Kayzerslautern”in heyətində ilk rəsmi oyuna çıxacaq.

“omrum.az” xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda “Hannover”in qonağı olacaq.

Mahir Emreli Bakı vaxtı ilə saat 15:30-da başlayacaq qarşılaşmanın start heyətində yer alıb.

Qeyd edək ki, M.Emreli bu yay “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.