Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı - Açıqlama
 
						Mahirdən karyerasını harada davam etdirəcəyi ilə bağlı 
							 - Açıqlama
Əlavə olunub: 06.07.2025 | 20:02 | Baxılıb: 3266
“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

“omrum.az” xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib. 

“Nürnberq”dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”. 

Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Elsevər Məmməd

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.