Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.10.2025 | 20:51 | Baxılıb: 2233
Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Mahir Emreli 2-ci Bundesliqada “Şalke”yə qalib gəldikləri oyunun asan olmadığını bildirib.

“omrum.az” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Forvard 2-ci turun qarşılaşmasında onlara dəstək olan azarkeşləri də unutmayıb:

“İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm”.

Emreli “Şalkey”ə 1:0 hesabı ilə qalib gəldikləri matça ilk “11-lik”də başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.