Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahirin komandası səfərdə uduzdu
 
						Mahirin komandası səfərdə uduzdu
Əlavə olunub: 08.23.2025 | 03:54 | Baxılıb: 1355
Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

“omrum.az” xəbər verir ki, o, 3-cü turda “Kayzerslautern”in əsas heyətində yer alıb.

Səfərdə “Elversberq”in qonağı olan Mahirin komandası məğlubiyyətlə üzləşib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, “Kayzerslautern” ilk 3 tura iki dəfə uduzub, bir dəfə qalib gəlib. Komandanın növbəti rəqibi “Darmştadt” olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.