Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Makronun heykəli oğurlandı
 
						Makronun heykəli oğurlandı
Əlavə olunub: 06.02.2025 | 19:25 | Baxılıb: 1194
Parisdəki Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.

“omrum.az” xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

“Emmanuel Makronun mum heykəli bazar ertəsi, iyunun 2-də səhər saatlarında Qrevin muzeyindən oğurlanıb” , - məlumatda bildirilib.

Qeyd olunur ki, ilkin araşdırmanın nəticələrinə görə, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək Makronun heykəlini ədyala büküb və yanğın nərdivanından keçiriblər. Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

O, özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edib.

Muzey rəhbərliyi bu barədə dərhal polisə məlumat verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.