Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.10.2025 | 12:35 | Baxılıb: 1763
Malinin şimalında Mariam Sisse adlı gənc qadın cihadçılar tərəfindən qaçırılaraq edam edilib.

“omrum.az” xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Bildirilib ki, o “TikTok”da Tonka şəhərindən paylaşımlar etdiyi üçün saxlanılıb və orduyla əməkdaşlıqda ittiham olunub.

Qardaşının sözlərinə görə, bacısı cihadçılar tərəfindən cümə axşamı günü həbs edilib və Mali ordusuna onların hərəkətləri barədə məlumat ötürməkdə ittiham olunub. Daha sonra qadın motosikletlə Tonka şəhərinə aparılıb və azadlıq meydanında güllələnib.

Təhlükəsizlik mənbələri də qadının ictimai şəkildə edam edildiyini təsdiqləyib. Onun “TikTok”da 90 mindən çox izləyicisi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.