“omrum.az” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Vallettada İşçi Partiyasının tədbirində çıxış edən Abela İsrailin Qəzzaya hücumlarına diqqət çəkib: “Qəzzadakı qarşıdurmada 50 mindən çox insan həyatını itirib. Biz bu insanlıq faciəsinə göz yuma bilmərik. Körpələrin, uşaqların öldürülməsi, ailələrin ac qalması qəbuledilməzdir. Bunlar qəddarlığın ən çirkin formalarıdır. Fələstini tanımaq qərarı isəmənəvi məsuliyyətdir”.
Fələstinin Xarici İşlər Nazirliyi də Maltanın bu qərarını alqışladığını bildirib.