
“omrum.az” xəbər verir ki, onlar qapalı görüş keçirib və sonra Oval Ofisdə danışıblar.
Seçkilər zamanı və seçildikdən sonra Mamdanini sərt tənqid edən Tramp kameralar qarşısında ona dəstək təklif edib:
“Fikir ayrılıqlarımız ola bilər, amma Mamdaniyə kömək edəcəyik”.
Qeyd edək ki, Tramp Mamdanini “Kommunist dəlisi” adlandırmış, onu deportasiya etməklə və Nyu-York şəhərinin maliyyələşdirilməsini kəsməklə hədələmişdi.
“Düşünürəm ki, o, mənə qarşı yaxşı olmalıdır. Bir çox şeyi təsdiqləməli olan mənəm”, - Tramp bildirmişdi və Mamdanini “Vaşinqtona hörmət etməyə” çağırmışdı.
Xatırladaq ki, Uqandada anadan olan 34 yaşlı Mamdani 4 noyabr seçkilərinin nəticələrinə görə, “bir əsrdə ABŞ-nin ən böyük şəhərinə rəhbərlik edən ən gənc və ilk müsəlman” olub.
Seçkilərdə 2 milyondan çox insan səs verib ki, bu da 1969-cu ildən bəri ən yüksək fəallıqdır. Mamdani 1.039.000 səs alıb.
Mamdani 1 yanvar 2022-ci ildə vəzifəyə başlayan Erik Adamsın səlahiyyət müddəti bitdikdən sonra 1 yanvar 2026-cı ildə Nyu-York şəhərinin meri vəzifəsini icra etməyə başlayacaq. Şəhərin əhalisi təxminən 9 milyondur.