“omrum.az” xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva mayın 11-i saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.