Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maşın dərəyə aşdı, xəsarət alanlar var - Foto
 
						Maşın dərəyə aşdı, xəsarət alanlar var 
							 - Foto
Əlavə olunub: 03.29.2025 | 13:52 | Baxılıb: 1721
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, hadisə rayonun Xanbulan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 21011” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəzada Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Rəhmətzadə Zamiq İsmayıl oğlu, 2001-ci il təvəllüdlü Həsənzadə Ramiq Vaqif oğlu və Lənkəranın Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Əlizadə Məriyyəm Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunaraq zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.