Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maşını saat 05:35-də hasara çırpdı, öldü
 
						Maşını saat 05:35-də hasara çırpdı, öldü
Əlavə olunub: 06.04.2025 | 10:35 | Baxılıb: 3140
Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“omrum.az” xəbər verir ki, dünən saat 05:35 radələrində Elnur Rafiq oğlu Yüzbaşovun sükanı arxasında olduğu “VAZ-21074” markalı minik avtomobili Ələt qəsəbəsində idarəetmədən çıxaraq yol kənarındakı daş hasara və elektrik dirəyinə çırpılıb.

Ağır xəsarət alan sürücü Kliniki Tibbi Mərkəzə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.