“omrum.az” xəbər verir ki, Yəhya Şərifzadə adlı şəxs “Volkswagen Passat” markalı avtomobillə metronun “Əhmədli” stansiyasından “Bakı” kinoteatrı istiqamətində Sarayevo küçəsi ilə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 2004-cü il təvəllüdlü Nurlan Qasımovu vurub.
Bu zaman idarəetmədən çıxan avtomobil yolun hərəkət hissəsinin kənarında səkinin üzərində dayanmış Əhmədov Siruz Famil oğlunu vurub. S.Əhmədov aldığı bədən xəsarətindən ölüb.
Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.