Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maşınla həmkəndlisini vurub öldürdü
 
						Maşınla həmkəndlisini vurub öldürdü
Əlavə olunub: 02.22.2025 | 12:00 | Baxılıb: 3464
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“omrum.az"in məlumatına görə, hadisə ötən gün saat 19 radələrində şəhərin “28 May” küçəsində qeydə alınıb. 

Belə ki, rayonun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü İmanov Cəlal Əyyub oğlu idarə etdiyi “Mercedes Benz 190” markalı, 99-TH-656 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla eyni istiqamətdə piyada hərəkətdə olan, həmkəndlisi 1981-ci il təvəllüdlü Tağıyev Azad Hacı oğlunu avtomobilin sağ qabaq hissəsi ilə vurub. 

Azad Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Fakta görə İmişli RPŞ-də CM-in 263.2-ci maddəsi cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.