Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mask həmin xəbəri yalanladı - Yenilənib
 
						Mask həmin xəbəri yalanladı 
							 - Yenilənib
Əlavə olunub: 08.20.2025 | 14:00 | Baxılıb: 1923
Amerikalı biznesmen İlon Mask ABŞ-də yeni siyasi partiya yaratmaq barədə planlarını təxirə salıb.

“omrum.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. 

Bildirilib ki, buna səbəb Maskın diqqətini sahib olduğu şirkətlərin inkişafına yönəltməkdir.

Eyni zamanda, səbəblərdən biri kimi biznesmenin ölkədə üçüncü partiya yaradaraq Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələrinin dəstəyini itirmək istəməməsi göstərilib.  

Qəzet yazır ki, Mask son zamanlar ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə ünsiyyət yaradır və o, bir dəfə biznes tərəfdaşlarına bildirib ki, yeni partiya səbəbindən Venslə münasibətləri korlamaq istəməzdi. 

Bununla belə, biznesmenin yeni partiya yaratmaq təşəbbüsündən tam olaraq imtina etmədiyi vurğulanıb. 

Xatırladaq ki, iyulun əvvəlində İlon Mask “Amerika” adlı yeni partiyanın yaradılacağını elan etmişdi.

***

İ.Mask “X” hesabında paylaşım edərək “The Wall Street Journal” qəzetinin yaydığı məlumatı yalan adlandırıb. 

O bildirib ki, qəzetin yaydığı məlumata etibar etmək olmaz.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.