Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mayın 8-ni Qələbə Günü elan etdi
 
						Mayın 8-ni Qələbə Günü elan etdi
Əlavə olunub: 05.02.2025 | 12:25 | Baxılıb: 11218
ABŞ Prezidenti Donald Tramp 8 may tarixini ölkədə İkinci Dünya müharibəsində Qələbə Günü elan edib.

“omrum.az” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Bununla yanaşı, o, noyabrın 11-nin ölkədə Birinci Dünya müharibəsində Qələbə Günü kimi qeyd ediləcəyini bildirib.

“Bizim bir çox müttəfiqlər və dostlarımız mayın 8-ni Qələbə Günü kimi qeyd edirlər, lakin biz İkinci Dünya müharibəsində qələbənin qazanılması üçün istənilən digər ölkələrdən daha çox şey etmişik”, - deyə ABŞ lideri vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.