“omrum.az"in əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.
Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.
Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.
Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sail Ağasəlim
Fotoda Fuad Zeynalov