
“omrum.az” xəbər verir ki, bu nailiyyətə Peledən sonra çatan ilk oyunçu da məhz Mbappe olub.
26 yaşlı hücumçu Fransanın Ukrayna üzərində 4:0 hesablı qələbəsində dubl edərək, komandasına 2026-cı il dünya çempionatına vəsiqə qazandırıb. Mbappenin ikinci qolu onun karyerasındakı 400-cü qol kimi qeydə alınıb.
Beləliklə, 21-ci əsrdə heç bir futbolçu bu rekorda Mbappedən daha tez çatmayıb. Futbol tarixində 26 yaşına çatmamış 400 qol vuran yeganə oyunçu isə braziliyalı əfsanə Pele olub — o, bu rəqəmə 23 yaşında yetişmişdi.
Mbappe ilə Pele arasında müqayisələr 2018-ci ildə fransalı forvardın dünya çempionatının finalında qol vuran tarixdə ikinci yeniyetmə olması ilə daha da güclənmişdi. Bu uğuru ilk dəfə 1958-ci il DÇ-nin finalında Pele əldə etmişdi.
Mbappenin 400-cü qola çatmasına 2025/2026 mövsümündəki start da təsir edib. O, klub və milli komanda olmaqla, 20 oyunda 23 qol vurub.