Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məclisdən sərxoş çıxıb qatarın altında qaldı
 
						Məclisdən sərxoş çıxıb qatarın altında qaldı
Əlavə olunub: 07.07.2025 | 09:57 | Baxılıb: 1457
Kürdəmirdə qatarın altında qalan 45 yaşlı kişi ölüb.

“omrum.az” xəbər verir ki, hadisə iyulun 5-i, saat 23 radələrində rayonun Karrar kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini 1980-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolu xəttinin üzərində qatar vurması nəticəsində ölüb.

Bildirilir ki, hadisədən əvvəl Vüsal kənddə əsgər yola salmaq üçün keçirilən məclisdə iştirak edib və orada yeyib-içib.

Daha sonra sərxoş vəziyyətdə olan şəxs dəmiryolu xətti istiqamətinə addımlayıb. Onun relslərin arasında sərxoş halda yuxuladığı, faciəvi hadisənin də bu zaman baş verdiyi iddia edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.