Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 10:46 | Baxılıb: 927
Türkiyənin yanacaq paylanması sektorunda son aylarda gündəmə gələn ittihamlarla bağlı mühüm məqam aydınlığa qovuşub. 

“omrum.az” xəbər verir ki, bu ilin oktyabrında Antalya və Hatayda istehlak edilən yanacaq miqdarının az olması iddiası ilə həbs olunan tanınmış menecer Murat Batmaz barəsində məhkəmə bəraət qərarı çıxarıb. 

Onun ittihamlara heç bir hüquqi, sənədli və ya operativ aidiyyətinin olmadığı rəsmi şəkildə təsdiqlənib. 

Aparılan texniki auditlər, ekspert rəyləri və istintaq materialları Batmazın nə yanacaq çatışmazlığı iddiaları, nə də digər uyğunsuzluqlarla əlaqəsinin olmadığını qəti şəkildə ortaya qoyub. Məhkəmənin açıqlamasında qeyd olunub ki, ittihamlar real əməliyyat göstəriciləri ilə uyğun gəlməyən, təhrif olunmuş və qeyri-dəqiq məlumatlara əsaslanıb. 

Bu çətin dövrdə Azərbaycandan ona göstərilən mənəvi dəstək və obyektiv yanaşma Murad Batmaz tərəfindən xüsusi olaraq qeyd edilib və illərdir SOCAR ilə formalaşmış şəxsi və peşəkar münasibətləri də baş verən hadisələrdən zərər görmədiyini və qarşılıqlı hörmət və etibar prinsipləri əsasında dəyişməz olaraq qaldığını bildirib. 

O həm Azərbaycandan dəstək göstərən şəxslərə, həm də SOCAR rəhbərliyinə bu etimada və davamlı dəstəyə görə səmimi təşəkkürünü ifadə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.