Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
 
						Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Əlavə olunub: 05.20.2025 | 18:11 | Baxılıb: 8612
Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“omrum.az"in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını elan edib.

Məhkəmə birinci instansiyanın çıxardığı hökmü qanuni hesab edib və şikayəti təmin etməyib. 

Bununla da hökm qanunu qüvvəyə minib.

Qeyd edək ki, Tofiq Yaqublu 2023-cü ilin dekabr ayında saxlanılıb. O, külli miqdarda dələduzluqda və rəsmi sənədlərin saxtalaşdırılmasında təqsirli bilinib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.