Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
 
						“Melissa Group”un rəhbəri həbsdən buraxıldı
Əlavə olunub: 05.14.2025 | 12:35 | Baxılıb: 6691
Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Bu barədə “omrum.az”ya etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.