Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.08.2025 | 15:10 | Baxılıb: 702
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaqla AXCP sədri Əli Kərimli ilə birgə həbs edilən partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb.

“omrum.az"in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq təmin etməyib.

Məmməd İbrahim barəsindəki birinci instansiyanın 2 ay 15 günlük həbs qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.