Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - Video
 
						Merkel Trampla yaşadığı qalmaqaldan danışdı 
							 - Video
Əlavə olunub: 07.04.2025 | 08:30 | Baxılıb: 2436
Almaniyanın keçmiş kansleri Angela Merkel illər əvvəl ABŞ Prezidenti Donald Trampla yaşadığı xoşagəlməz hadisədən danışıb.

“omrum.az” xəbər verir ki, o bu barədə Yunanıstanın paytaxtı Afinada “Kathimerini” qəzetinə müsahibəsində bəhs edib.

Merkel Trampın 2017-ci ilin martında kameralar qarşısında onun əlini sıxmaqdan necə imtina etdiyini xatırladıb.

“Mən dedim: “Donald, gəlin əl sıxaq”, lakin o bunu etmədi. O, diqqəti özünə cəlb etmək istəyirdi. Onun məqsədi diqqəti yayındırmaq və hamını ona baxmağa məcbur etməkdir” - sabiq kansler deyib.

Merkel daha sonra kameraların diqqətindən kənar yerdə əl sıxışdıqlarını əlavə edib.

Qeyd edək ki, Ağ Evdə görüş zamanı jurnalistlər onlardan bir-birinə əl verməyi xahiş etsələr də, Amerika Prezidenti onların xahişinə məhəl qoymayıb. Merkel ona tərəf əyilərək əl sıxıb-sıxmayacağını soruşsa da, Tramp kanslerin təklifini cavabsız qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.