“omrum.az” xəbər verir ki, Bundestaqda keçirilən seçkilər ölkə mediasında canlı yayımlanıb.
Belə ki, Mertz sözügedən posta yiyələnmək üçün 316 səs toplamalı idi. Ümumilikdə səsvermədə 621 nəfər iştirak edib. Nəticələrə əsasən, parlamentin 310 üzvü Mertzin namizədliyinin lehinə, 307 nəfər əleyhinə səs verib. Daha 3 nəfər isə bitərəf qalıb. Eyni zamanda, bülletenlərdən biri yararsız olub.
Onu da bildirək ki, CDU/CSU parlamentdə 328 yerə sahibdir.
Hazırda Bundestaqın Mertz və ya başqa bir namizədi kansler seçmək üçün 14 gün vaxtı var.
Xatırladaq ki, Almaniyada cari ilin fevralında Bundestaqa keçirilən növbədənkənar seçkilərdə Mertzin təmsil etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,6 faiz səslə qalib gəlib. Sabiq Kansler Olaf Şoltsun təmsil etdiyi “Sosial Demokrat Partiyası” isə 16,4 faiz səslə üçüncü pillədə qərarlaşıb.
***
“Bild”in məlumatına görə, Bundestaqda Almaniya kanslerinin seçilməsi ilə bağlı səsvermənin ikinci turu Bakı vaxtı ilə 17:15-də başlayacaq.
CDU/CSU fraksiyası isə kansler postuna yenidən Mertzin namizədliyini irəli sürəcəklərini açıqlayıb.