Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhəddə qırıcılar havaya qaldırıldı
 
						Məşhəddə qırıcılar havaya qaldırıldı
Əlavə olunub: 06.13.2025 | 16:52 | Baxılıb: 5033
İran qırıcıları Məşhəd səması üzərində havaya qaldırıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bununla belə, rəsmi mənbələr qırıcıların havaya qaldırılması səbəblərini rəsmi olaraq şərh etməyiblər.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı xüsusi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri İranda təqribən 10 hədəfə zərbə endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami, Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və digər yüksəkvəzifəli hərbi şəxsləri öldürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.