“omrum.az” xəbər verir ki, bu barədə London polis departamenti açıqlama yayıb.
32 yaşlı qanalı yarımmüdafiəçi beş təcavüz və bir cinsi istismarda ittiham olunur.
Bildirilir ki, hadisələr 2021-2022-ci illər arasında baş verib. İddialar üç ayrı qadına aiddir.
Parteyin avqustun 5-də Vestminster Maqistrates Məhkəməsinə çıxarılması gözlənilir.
Qeyd edək ki, onun “Arsenal”la müqaviləsi iyunun 30-da başa çatıb.