
“omrum.az” xəbər verir ki, o, Moskvada həmkarı Mehman Əhmədli ilə bir araya gəlib.
M.Əhmədli həmin görüntüləri sosial şəbəkə hesabında paylaşaraq bildirib ki, yayılan xəbərlər doğru deyil və meyxanaçı azadlıqdadır: “Adına min dənə söz çıxarıblar. İstədim bu videonu paylaşım görsünlər ki, başqa söhbətlər yoxdur. Vahid Qədim ayaq üstədir. Heç bir problem yoxdur. Yalan söhbətlər gəzir”.
Meyxanaçı barəsində yayılan xəbərlərə belə münasibət bildirib: “Baltaya, bıçağa tövbə!”
Qeyd edək ki, son günlər V.Qədimin Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi və bunun üçün saxlanıldığı haqda xəbərlər yayılmışdı.