
“omrum.az” xəbər verir ki, o, məsələ ilə bağlı İspaniya mətbuatına açıqlamasında Səudiyyə Ərəbistanı çempionatı ilə müqayisə aparıb.
“Əlbəttə, istəyərdim ki, Messi, Ronaldo, Mourinyo, Qvardiola – hamısı La Liqada olsun. Amma davamlı inkişafın açarı bu deyil. Futbolçular gəlir-gedir, liqanı güclü edən klublar və rəqabətdir. Səudiyyə Ərəbistanında ulduzlar çoxdur, amma onların liqası yenə də dünyanın ən güclüləri sırasına yüksələ bilmədi”, – deyə o söyləyib.
Tebas həmçinin vurğulayıb ki, ulduzların gedişi La Liqanın yayım gəlirlərinə təsir etmir:
“Heç bir yayımçı deməyib ki, Messi gedibsə, daha az pul ödəyəcəyik. Çünki müqavilələr 5-7 illik olur və əsas məsələ liqanın rəqabətcil qalmasıdır. Liqanın gücü uzunmüddətli strategiya və sabit rəqabət mühitindən keçir”.