Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Meyiti 11 gün sonra körpünün altında tapıldı
 
						Meyiti 11 gün sonra körpünün altında tapıldı
Əlavə olunub: 08.01.2025 | 11:47 | Baxılıb: 3949
İyulun 20-si Yevlaxda içkili halda Kür çayında boğulan şəxsin meyiti tapılıb.

“omrum.az” xəbər verir ki, Kür çayının Yevlax şəhərindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Bərdə sakini Sənan Əliyevin meyiti iyulun 31-i saat 23:20 radələrində tapılıb.

Meyit Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt hissəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.