Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2025 | 09:45 | Baxılıb: 12182
Uzun illər Bakı Dövlət Universitetində (BDU) rektorun müşaviri işləmiş Məzahir Sultanovun oğlu vəfat edib.

“omrum.az” xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

Məlumata görə, M.Sultanovun 23 yaşlı oğlu Əlif ötən gün qəfil dünyasını dəyişib.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək ki, Məzahir Sultanov 21 il BDU-da rəhbər vəzifələrdə çalışıb və təhsil müəssisəsinin maliyyə sisteminə nəzarət edib. O, 2019-cu ildə BDU-ya yeni təyin edilmiş rektor Elçin Babayevin Əmri ilə vəzifəsindən azad olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.