Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 11:59 | Baxılıb: 539
İspaniyanın Linares şəhərində keçirilən şahmat üzrə qadınlararası dünya komanda çempionatının 1/4 final cütlükləri müəyyənləşib. 

“omrum.az” xəbər verir ki, milli komandamız bu mərhələdə Gürcüstan yığması ilə qarşılaşacaq.

Digər cütlüklər belədir: Rusiya – Özbəkistan, ABŞ – Çin, Qazaxıstan – Hindistan.

Komandalar rəngləri dəyişkən olmaqla iki oyun keçirəcəklər və lazım gələrsə, tay-breykdə qalibi müəyyən edəcəklər.

Xatırladaq ki, komandamız son turda İspaniya millisinə qalib gəlməklə qrupda 4-cü yeri tutmağı bacarıb. Gürcüstan isə öz qrupunu lider kimi başa vurub.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb.

Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-ü başa çatacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.