Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimizin səfər matçının yeri dəyişdirildi
 
						Millimizin səfər matçının yeri dəyişdirildi
Əlavə olunub: 08.22.2025 | 19:05 | Baxılıb: 1212
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. 

AFFA-dan  verilən məlumata görə, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.